Argentinanın "DÇ-2026"dan kənarlaşdırılması tələb olunur

15:14 - 13 İyul 2026 - İDMAN

Azarkeşlər Argentinanın Dünya Kubokundan kənarlaşdırılmasını tələb edən bir onlayn petisiya yerləşdiriblər.

Ucnoqta.az xəbər verir ki, petisiya argentinaout.com saytında yerləşdirilib və 3,7 milyondan çox insan tərəfindən imzalanıb.

"FİFA və hakimlərin Lionel Messiyə və Argentina milli komandasına qarşı qərəzli olduğu aydındır. Qalib artıq müəyyən edilibsə, dünyanın qalan hissəsi niyə Dünya Kubokunda iştirak etməlidir? Argentinanı kənarlaşdırın və hər kəsə ədalətli şans verin" - petisiya təsvirində deyilir.

Xəbər xətti