Yəmən İran təyyarələrinin ölkəyə daxil olmasına icazə verməyəcək

12:09 - 14 İyul 2026 - DÜNYA

Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi ölkə hakimiyyətinin artıq İran təyyarələrinin Yəmən sərhədini keçməsinə icazə verməyəcəyini açıqlayıb.

Ucnoqta.az bildirir ki, bu barədə "Əl-Ərəbiyyə" televiziya kanalı məlumat verib.

"Yəmən xalqına deyirik ki, bu gündən etibarən heç bir İran təyyarəsi torpağımıza qayıtmayacaq", - deyə əl-Əlimi Milli Müdafiə Şurasının iclasında vurğulayıb.

Kanalın məlumatına görə, iclasdan sonra şura suverenliyi qorumaq üçün bir sıra hərbi, siyasi və diplomatik tədbirlər paketini təsdiqləyib və eskalasiyaya görə üsyançı hərəkat Ənsar Allah (Husilər) və Tehranı məsuliyyətə cəlb edib.

Xəbər xətti