Qubada 11 yaşlı oğlan çayda çimərkən boğulub

09:36 - 14 İyul 2026 - ÖLKƏ İÇİ

Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, 2015-ci il təvəllüdlü Məmmədov Xəyyam Tərlan oğlu Quba rayonunun Qəçrəş kəndi ərazisindən keçən Qudyal çayında çimərkən boğularaq ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti