Qaradağda soyğunçuluq edən şəxs saxlanıldı

16:35 - 13 İyul 2026 - HADİSƏ

Qaradağ rayonunda yerləşən marketlərdən birində yeniyetməyə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Şotayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun zərərçəkənin pulunu xırdalamaq bəhanəsi ilə alaraq hadisə yerindən uzaqlaşdığı müəyyən edilib.

Araşdırma aparılır.

Xəbər xətti