General polkovnik-leytenantı rəis TƏYİN ETDİ

17:06 - 13 İyul 2026 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsinə yeni rəis təyin edilib.

Ucnoqta.az-ın məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Xaspulatov Anar Əlimurad oğlu "N” saylı hərbi hissənin rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən "N” saylı hərbi hissənin rəisi polkovnik-leytenant Seyidəhməd Nurayev vəzifəsindən azad edilərək Fövqəladə Hallar Nazirliyinin Bakı Alayının komandiri təyin edilmişdi. ///Qaynarinfo

Xəbər xətti