Bu gün MİQ-ə qəbul imtahanları başlayır

07:24 - 14 İyul 2026 - Cəmiyyət

Bu gün 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayır.

Ucnoqta.az xəbər verir ki, ilk seansda (saat 10:00) informatika, ikinci seansda (saat 15:00) isə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahan verəcəklər.

15 iyulda isə texnologiya, təsviri incəsənət, Azərbaycan dili, fiziki tərbiyə və biologiya ixtisasları üzrə imtahanlar keçiriləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

Bu dəfki imtahanlarda 40 minədək müəllimin iştirakı gözlənilir.

Xəbər xətti