İran hakimiyyəti ABŞ Maliyyə Nazirliyinin iyun ayında verdiyi və İran neft sektoruna qarşı sanksiyalarını yumşaldan ümumi lisenziyasının müddətinin bitməsinə baxmayaraq neft ixracını davam etdirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Neft naziri Möhsün Paknejad bildirib.
"Neft Nazirliyi uzun illərdir ki, ədalətsiz ABŞ sanksiyalarının nəticələrini neytrallaşdırmaq üçün lazımi mexanizmlər qurur. Fasiləsiz neft ixracını təmin etmək üçün mövcud mexanizmlər qorunub saxlanıldığı üçün İran neft ixracı həmişəki kimi davam edir", - nazirliyin mətbuat xidməti məlumat yayıb.
Paknejad qeyd edib ki, Tehran Vaşinqtonun verdiyi sözü pozacağını gözlədiyi üçün əvvəllər müəyyən edilmiş bütün mexanizmlərdən imtina etməyib.