İranın cənubundakı Bəndər Abbas və Hacıabad şəhərlərinə hava hücumları nəticəsində üç nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, Nour News bu barədə Hörmüzqan əyalət administrasiyasına istinadən məlumat yayıb.
Onların sözlərinə görə, zərbələr Bəndər Abbas və Hacıabadın qərb hissəsindəki mülki ərazilərə dəyib. Bundan əlavə, Seyid Cəvzər şəhərində ətraf mühitin mühafizəsi agentliyinin inzibati binasına hücum edilib. Agentlik əlavə məlumat verməyib.