Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Lənkəran rayonunda icra etdiyi “Cənub bölgəsində gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı layihə uğurla başa çatıb.
Layihə çərçivəsində ümumlikdə 40 nəfər gənc 2 gün boyunca narkomaniya və sağlam həyat tərzi ilə bağlı təlimdə iştirak etmiş, eləcə də “Natiqlik və effektiv təqdimatın keçirilməsi” mövzusunda təlim almışlar. Eyni zamanda həmin gənclər rayonun 7 orta məktəbində ümumilikdə 200-dək məktəbli şagirdlə görüşmüş, öyrəndikləri və əldə etmiş olduqları məlumatları onlarla paylaşmışlar.
Sonunda 7 orta məktəbin şagirdləri sağlamlıq mövzusunda (narkomaniya və onun zərərləri barədə) rəsmlər çəkmiş və onlar üçün təşkil edilmiş rəsm sərgisində bu rəsmlər nümayiş edilmişdir.
Gənclər təşkilatı olaraq inanırıq ki, bu tip layihələr gənclər arasında sağlam həyat tərzini təşviq etməklə, onların zərərli vərdişlərdən uzaq durmasına və daha sağlam həyat seçimləri etməsi üçün xüsusi əhəmiyyət daşıyır. Belə təşəbbüslər gənclərin natiqlik, liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların ictimai məsuliyyət hissini də gücləndirir. Gənclər arasında bu cür maarifləndirmə fəaliyyətləri onların gələcəkdə daha fəal vətəndaşlar kimi formalaşmasına, həmçinin cəmiyyətin sosial və sağlamlıq problemlərinin həllində fəal iştirakçı olmalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Nəticədə, sağlam düşüncəli, sosial baxımdan aktiv bir gənclik yetişməsinə münbit şərait yaranır.