“Abşeron City”də bədbəxt hadisə - 9-cu mərtəbədən yıxıldı

10:41 - 18 Sentyabr 2024 - HADİSƏ

Abşeron rayonu Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 15 radələrində Ağdaş rayon sakini 1963-cü il təvəllüdlü Bəhman Qurban oğlu Ağayev fəhlə işlədiyi “Abşeron City” yaşayış kompleksindən yıxılıb.

12 mərtəbəli binanın 9-cu mərtəbəsində iş görərkən ehtiyatsızlıqdan yıxılan kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti