Rusiyada helikopter yoxa çıxıb

07:28 - 17 Sentyabr 2024 - DÜNYA

Mostavia Hava Yollarına məxsus Mi-8T axtarış-xilasetmə təyyarəsi göyərtəsində üç nəfərin olduğu Amur vilayətində itmiş Robinson R66 helikopterinin axtarışı üçün havaya qalxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bildirilir ki, helikopter Amur vilayətinin Zeya bölgəsində uçurmuş. İlkin olaraq təcili radio mayak işə salınıb: “Robinson”un göyərtəsində üç nəfər (pilot və iki sərnişin) var.

Məlumatda deyilir ki, Federal Hava Nəqliyyatı Agentliyinin axtarış-xilasetmə təyyarəsi (RSAV) - Mostavia aviaşirkətinin Mi-8T helikopteri itkin R66-nın axtarışı üçün havaya qalxıb.

Xəbər xətti