İsrail və Fələstinin HƏMAS radikal hərəkatının nümayəndələri Qəzza zolağında münaqişədə gələcək atəşkəs razılaşmasının 18 bəndindən 15-i üzrə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Bədr Abdel Ati ilə birgə mətbuat konfransında deyib.
“Son bir ay yarım ərzində çox irəliləyiş əldə etmişik, cəmi 18 bənd var, qalanların 15-i razılaşdırılıb. Biz Misir və Qətər bunu necə etmək barədə fikirlər təklif edirik. Nəticə odur ki, qalan məqamlar üzrə razılaşma onların məzmunu deyil, siyasi iradə məsələsidir” - Blinken qeyd edibqeyd etdi.