Sentyabrın 26-dan oktyabrın 7-dək Qazaxıstanda KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri ilə “Sarsılmaz Qardaşlıq-2024” komanda qərargah təlimi keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2024-cü il sentyabrın 26-dan oktyabrın 7-dək Alma-Ata vilayətindəki Bereq poliqonunun bazasında KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri ilə “Sarsılmaz Qardaşlıq-2024” komanda-qərargah təliminin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən bildirilib ki, döyüş hazırlığı tapşırıqlarını yerinə yetirmək üçün sentyabrın 18-dən Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbi kontingentlər birgə qaydada manevrlərin keçirildiyi əraziyə gəlməyə başlayacaq.
Qeyd olunur ki, hərbi qulluqçuların Qazaxıstanın Alma-Ata və Jetısu vilayətləri ərazisi ilə hərəkəti dəmir yolu və avtomobil nəqliyyatı ilə həyata keçiriləcək.