"Böyük bir komet yerlə toqquşacaq..."

08:11 - 18 Sentyabr 2024 - SİYASƏT

Milyarder İlon Mask hesab edir ki, bəşəriyyət kosmosda hərəkət etməyi öyrənməsə, məhv olacaq.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X-də yazıb.

“Bir gün böyük bir kometa Yerlə toqquşacaq və keçmişdə dəfələrlə baş verdiyi kimi, demək olar ki, bütün həyatı məhv edəcək. Nəhayət, Günəş o qədər genişlənəcək ki, okeanları qaynadacaq və bütün canlıları məhv edəcək. Ya kosmosda səyahət edən bir sivilizasiyaya çevriləcəyik, ya da məhv olacağıq. Başqa variant yoxdur”, - o, qeyd edib.

Xəbər xətti