Göz sağlamlığı üçün lazım olan vitaminlər

06:21 - 18 Sentyabr 2024 - Cəmiyyət

Oftalmoloq göz sağlamlığını qorumaq üçün vitamin qəbul etməyi məsləhət görür

Ucnoqta.az xəbər verir ki, "iMed" Göz Mikrocərrahiyyə Klinikasının aparıcı oftalmoloqu və baş həkimi Elina Santoro göz sağlamlığını qorumaq üçün lazım olan vitamin çatışmazlığı ilə bağlı vacib məlumatları açıqlayıb.

Mütəxəssis vurğulayır ki, qidadan vitaminlərin standart qəbulu çox vaxt görmə qabiliyyətini qorumaq və onun pisləşməsinin qarşısını almaq üçün kifayət etmir.
Vitaminlər təkcə göz xəstəliklərinin müalicəsində deyil, həm də onların qarşısının alınmasında əsas rol oynayır.

 Xüsusilə, o, katarakt riski yüksək olan xəstələrə C və E vitaminlərinin qəbulunu artırmağı tövsiyə edir. Retinanın tam bərpası üçün sink və antioksidanlar da lazımdır.
O, həmçinin qeyd edib ki, mədə-bağırsaq traktının xəstəlikləri olan, qidadan mikroelementlərin sorulması pozula bilən şəxslərə və quru göz sindromundan qorunmaq üçün kompüterdə çox vaxt keçirənlərə əlavə vitaminlərə xüsusi diqqət yetirilməlidir. 
Santoro vitamin əlavələrini öz-özünə təyin etməmək barədə xəbərdarlıq də edib.

Xəbər xətti