Boşanan Cennifer Lopez və Ben Afflek öpüşərkən görüntülənib

01:25 - 18 Sentyabr 2024 - MAQAZİN

Cennifer Lopez və Ben Afflek uşaqları ilə ailəvi şam yeməyinə çıxıblar

Ucnoqta.az “People”ə istinadən xəbər verir ki, cütlük bu yaxınlarda Beverli Hillsdə uşaqları ilə ailəvi şam yeməyində görüntülənib.
Mənbə iddia edir ki, nahar zamanı Ben və Cennifer söhbət edib, əl-ələ verib öpüşərək əyləniblər. Bu zaman uşaqlar ayrı stolda oturmuşdular.

Ancaq başqa bir məlumat verən aktyorların görüşlərinin uşaqlar naminə dostluq münasibətləri qurmaq cəhdi olduğunu bildirib.
İddialara görə, aktyorlar indi maliyyə məsələlərini həll edirlər və bunu qalmaqalsız etmək istəyirlər.

Xəbər xətti