Bakıda ev sahibi ilə kirayənişin arasında dava düşüb

23:49 - 17 Sentyabr 2024 - HADİSƏ

Bakının Sabunçu rayonunda iki qadın arasında dava düşüb.

APA xəbər verir ki, hadisə Əkrəm Cəfərov 92 ünvanında qeydə alınıb.

Belə ki, ev sahibi 1971-ci il təvəllüdlü Yaqubova Familə Lətif qızı onun evində kirayədə yaşayan 1976-ci il təvəllüdlü Aslanova Adilə Aslan qızı ilə mübahisə edib. Daha sonra bu mübahisə davaya çevrilib.

Dava zamanı hər iki tərəf ağır xəsarət alıb. Onlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları faktı araşdırır.

Xəbər xətti