Şəkidə iki avtomobil toqquşdu, xəsarət alanlar var

21:02 - 13 Sentyabr 2024 - HADİSƏ

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə axşam saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bəxtiyar Rəhimlinin idarə etdiyi "Toyota" markalı avtomobillə Eldar Umarovun idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və "Toyota"dakı sərnişin Əli Hüseyn xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti