Çində pensiya yaşı artırılır - Kişilər 63-ə, qadınlar ...

13:42 - 13 Sentyabr 2024 - DÜNYA

 Ümumçin Xalq Nümayəndələri Konqresinin (parlament) Daimi Komitəsi ölkə əhalisinin pensiya yaşının bir neçə il artırılması barədə qərar qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ali qanunverici orqanın yaydığı sənəddə deyilir.

Belə ki, kişilər üçün müəyyən edilmiş pensiya yaşı mərhələli şəkildə 60-dan 63-ə, qadınlar üçün - zavod işçiləri üçün 50-dən 55-ə, dövlət qulluqçuları üçün isə 55-dən 58-ə qaldırılacaq.
Qeyd edildiyi kimi, bu tədbir Çinin demoqrafik inkişafındakı yeni vəziyyətə uyğunlaşmanı təmin etmək məqsədi daşıyır.

20-ci əsrin 70-ci illərindən Çin hökuməti “bir ailə, bir uşaq” siyasəti yürüdür, lakin doğum nisbətinin sürətlə azalması və əhalinin qocalması səbəbindən hakimiyyət son vaxtlar məhdudiyyətləri yumşaltmaq məcburiyyətində qalıb.
2022-ci ildə ölkə əhalisi son altı onillikdə ilk dəfə olaraq azalmağa başladı.
Rəsmi proqnozlara görə, 2035-ci ilə qədər Çində 60 yaşdan yuxarı vətəndaşların nisbəti 30%-i keçəcək.///tass

Xəbər xətti