"Milli geyimlərin təbliği - Ənənədən gələcəyə" adlı ictimai müzakirə... - Foto

21:47 - 13 Sentyabr 2024 - Cəmiyyət

"Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli geyimlərin təbliği - Ənənədən gələcəyə" adlı layihə çərçivəsində ictimai müzakirə keçirib.

Ucnoqta.az xəbər verir ki, 4 ay davam edən layihə çərçivəsində 10 araşdırma yazı, 6 veriliş hazırlanıb və bu gün yekun olaraq mütəxəssislər, ziyalıların iştirakı ilə ictimai müzakirə keçirilib.

Layihənin məqsədi Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfdir.

İctimai müzakirədə Milli Məclisin üzvləri Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Azərbaycan Dillər Universitetin regionşünaslıq kafedrasının müdiri, etnoqraf Sevdagül Əliyeva, Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova, “Bakı Milli Geyim Evi”nin rəhbəri, modelyer Könül Vəlibəyli, xalq artisti Nəzakət Teymurova, əməkdar artist Sənubər İsgəndərli, "Qadın Konsensus Mərkəzi"nin rəhbəri Aynur Camalqızı fikirlərini bölüşüblər.


Xəbər xətti