Bolqarıstan prezidenti F-16-da uçdu

15:16 - 13 Sentyabr 2024 - DÜNYA

Bolqarıstan prezidenti, keçmiş hərbi pilot Rumen Radev ikinci pilot kimi F-16 qırıcısında nümayiş uçuşu həyata keçirib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə prezident uçuşdan sonra keçirilən brifinqdə deyib.

Aerobatika elementlərinin nümayiş olunduğu 40 dəqiqəlik uçuş ABŞ Hərbi Hava Qüvvələri komandanlığının dəvəti ilə Bolqarıstanın Qraf-İqnatyevo aviabazasında baş tutub.

Radev ABŞ Hərbi Hava Qüvvələrinə dəvətə və F-16-nı yenidən uçmaq imkanına görə təşəkkür edib. tmək istərdim.
Prezident bildirib ki, uçuş zamanı biz bir sıra akrobatik manevrlər edilib:

"Bu, əla idi və genişmiqyaslı təmir dövrünü yaşayan aviabazaya havadan baxış keçirdik”, - dövlət başçısı qeyd edib.

Xəbər xətti