Azərbaycanda 26 yaşlı qız özünü güllələdi

15:46 - 12 Sentyabr 2024 - HADİSƏ

Ötən gün Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Laçın rayon Qarakeçdi kənd sakini 1998-ci il təvəllüdlü Ülviyyə Baxşəlizadə yaşadığı Taxtakörpü qəsəbəsidəki evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.

Ü.Baxşəlizadə xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti