Qazaxıstanda körpüdən aşan avtobus mikroavtobusun üzərinə düşüb

07:56 - 13 Sentyabr 2024 - DÜNYA

Qazaxıstanın Alma-Ata vilayətinin Kaskelen şəhərinin girişində sərnişini olmayan avtobus körpüdən çıxaraq mikroavtobusun üzərinə aşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə vilayət polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Yutonq markalı  avtobusu Almatıdan Bişkekə gedirmiş.

 Dönmə edən sürücü idarəetməni itirərək hasara çırpılıb, daha sonra nəqliyyat vasitəsi körpüdən “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun arxasına düşüb.

Qəza zamanı avtobus sürücüsünün sərxoş olduğu müəyyən edilib.

O, yaralanıb və komaya girib, xəstəxanaya yerləşdirilib.

Xəbər xətti