Yer kürəsində güclü maqnit qasırğası başlayıb

22:02 - 12 Sentyabr 2024 - Cəmiyyət

Yer kürəsində güclü maqnit qasırğası başladı

Ucnoqta.az xəbər verir ki, Tətbiqi Geofizika İnstitutu Yer kürəsində G3 sinifli maqnit qasırğasının başladığını bildirib.

Əvvəlki proqnozların əksinə olaraq, Yerdəki maqnit qasırğası G3 (güclü) səviyyəsinə yüksəlib. 

Geomaqnit vəziyyətində dəyişiklik günəş küləyinin sürəti saniyədə təxminən 450 kilometrə qədər kəskin artdığı zaman başlayıb.
Saniyədə təxminən 530 kilometr səviyyəsində ikinci sıçrayış baş verib və geomaqnit aktivliyin G1 səviyyəsinə qədər artmasına səbəb oldu.

Xəbər xətti