Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə danışdı

14:04 - 30 Yanvar 2026 - SİYASƏT

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Bu barədə Ucnoqta.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Xəbər xətti