"Formula 1"də birinci sərbəst yürüş başlayıb

13:37 - 13 Sentyabr 2024 - İDMAN

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.

"Report" xəbər verir ki, birinci sərbəst yürüş saat 13:30-da başlayıb.

Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.

"Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Xəbər xətti