Seçkiləri 110 min müşahidəçi izləyəcək

15:04 - 27 Avqust 2024 - Xəbər

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb. 

Ucnoqta.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib. 

MSK sədri bildirib ki, jurnalistlər ümumiyyətlə azaddırlar: 

“Onlar öz vəsiqələrini təqdim etməklə bütün prosesləri işıqlandıra bilərlər. İndi də jurnalistlərdən xahiş edirəm ki, səsvermə günü bizim üçün xüsusilə əziz olan Qarabağ bölgəsindən seçkiləri dünya ictimaiyyətinə çatdırın. Azərbaycanın bütün suveren ərazisində ilk dəfə parlament seçkiləri keçiriləcək. Qarabağda seçki günü gedən proseslərə daha çox diqqət etmək lazımdır. Orada xarici müşahidəçilərin fikirlərinə daha çox diqqət etmək lazımdır”. 

Xəbər xətti