Qəbələ və Oğuzda təhsil işçiləri ilə görüş keçirilib - FOTO

11:41 - 27 Avqust 2024 - ÖLKƏ İÇİ

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Qəbələ və Oğuz rayonlarının təhsil işçiləri ilə görüş keçirib.

Ucnoqta.az xəbər verir ki, görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Bəhruz Nəbili, rayon təhsil sektorlarının müdirləri və əməkdaşları, eləcə də ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova tədbir iştirakçılarını salamlayaraq, ümumi təhsilin məqsədyönlü inkişafı, idarəetmədə səmərəliliyin artırılması və müasir yanaşmaların tətbiqi barədə fikirlərini bölüşüb.

İdarə müdiri ümumi təhsil məktəblərinin idarəetməsinin təkmilləşdirilməsi, müəllim-şagird münasibətlərinin inkişaf etdirilməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işləri vurğulayaraq, məktəb direktorlarına müvafiq tapşırıqlar verib.

Daha sonra müdir müavini Bəhruz Nəbili kadr təminatı, işə qəbul və tədris prosesinin idarəolunması, eləcə də davamiyyət mövzularında öz fikirlərini bildirib.
Sonda müəssisə rəhbərlərinin maraqlandıran suallara aydınlıq gətirilib.


Xəbər xətti