Bosniya və Herseqovinada helikopter qəzaya uğrayıb

14:26 - 28 Avqust 2024 - DÜNYA

Bosniya və Herseqovina Silahlı Qüvvələrinə məxsus 4 ekipaj üzvü olan helikopter Sarayevodan 40 km aralıda gölə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RTRS telekanalı məlumat yayıb.

Bildirilir ki, helikopter saat 11:00 radələrində qəzaya uğrayıb. Qeyd olunur ki, o, Bosniya və Herseqovinada sülhün bərpası üzrə Aİ missiyası ilə birgə təlimlərə başlamazdan əvvəl məşq zamanı Yablanitsa gölünə düşüb.
Qəza zamanı helikopterdə dörd ekipaj üzvü olub, onlardan biri yaralanıb və tibb müəssisəsinə aparılıb.

Helikopter qəzası ilə bağlı araşdırma davam edir.

Xəbər xətti