Zaqatalada 9 kq narkotik aşkarlanıb

09:33 - 28 Avqust 2024 - HADİSƏ

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 30 yaşlı Mirtalib Əşrəfov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, ondan 9 kiloqram marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti