Son sutkada Rusiya Ordusunun itkiləri açıqlanıb

08:53 - 28 Avqust 2024 - DÜNYA

Ötən gün Ukrayna ilə müharibədə Rusiya ordusunun daha 1090 hərbçisi həlak olub və ya yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, son sutkada Rusiya HHQ-yə məxsus Su-25 döyüş təyyarəsi də vurulub.

24.02.22-dən 28.08.24-dək düşmənin ümumi döyüş itkiləri təxminən:

şəxsi heyət - təxminən 611,190 (+1,090) nəfər,

tanklar - 8568 (+5) ədəd,

zirehli döyüş maşınları - 16,681 (+14) ədəd,

artilleriya sistemləri - 17522 (+27) ədəd,

RSZV – 1174 (+1) ədəd,

hava hücumundan müdafiə vasitələri - 938 (+1) ədəd,

təyyarə - 368 (+1) ədəd,

helikopterlər - 328 (+0) ədəd,

Əməliyyat-taktiki səviyyəli PUA-lar - 14348 (+94),

qanadlı raketlər - 2553 (+6),

gəmilər/qayıqlar ‒ 28 (+0) ədəd,

sualtı qayıqlar - 1 (+0) ədəd,

avtomobil avadanlığı və yük maşınları – 23 654 (+41) ədəd,

xüsusi avadanlıq ‒ 2950 (+6).

Məlumatlar yoxlanılır.

Xəbər xətti