X sosial şəbəkəsinin işində nasazlıq yaranıb

08:37 - 28 Avqust 2024 - DÜNYA

Müxtəlif ölkələrdən olan internet istifadəçiləri X-in sosial şəbəkəsində problemlər olduğunu bildiriblər.

Ucnoqta.az xəbər verir ki, bunu məşhur internet resurslarında nasazlıqları və kəsilmələri izləyən Downdetector veb-saytının məlumatları sübut edir.

Ən çox şikayət, 36,5 mindən çox şikayət ABŞ-da qeydə alınıb.

İstifadəçilərin əksəriyyəti mobil tətbiqin işindən narazılıqlarını bildiriblər.
Veb sayt və server bağlantısı ilə bağlı problemlər də qeydə alınıb.

Xəbər xətti