"Qarabağ" "Dinamo"ya qarşı

09:57 - 28 Avqust 2024 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" klubu Xorvatiya təmsilçisi "Dinamo" ilə cavab matçına çıxacaq.

Ucnoqta.az xəbər verir ki, saat 20:45-də start götürən matc Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edəcək.

Komandalar arasında baş tutan ilk oyun Xorvatiya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

20 avqust

"Qarabağ" - "Dinamo" (Xorvatiya)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər xətti