Pakistan və Oman donanmaları Oman körfəzində təlimlər keçirib

10:26 - 28 Avqust 2024 - DÜNYA

Pakistan və Oman Hərbi Dəniz Qüvvələrinin gəmiləri Oman körfəzində birgə manevrlər həyata keçirib.

Ucnoqta.az xəbər verir ki. bu barədə “The News” qəzeti məlumat yayıb.

Məlumata görə, təlimdə Pakistanın “Yarmuk” korveti və Omanın “Əs-Sib” korveti iştirak edib.
Təlimlər regionda müştərək əməliyyatların aparılması zamanı iki ölkənin hərbi-dəniz qüvvələrinin gəmiləri arasında qarşılıqlı fəaliyyətin effektivliyini artırmaq məqsədi daşıyıb.

Xəbər xətti