Hindistan ABŞ-dan 73 min SIG-Sauer-716 avtomatik tüfəng alıb

10:59 - 28 Avqust 2024 - DÜNYA

 Hindistan 7,62x51 mm NATO standart çaplı 73 min SIG-Sauer-716 Patrol avtomatik hücum tüfənginin tədarükü üçün ABŞ ilə müqavilə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti hərbi mənbəyə istinadən məlumat yayıb.

Müqavilə Hindistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən sürətləndirilmiş hərbi təchizat proqramı çərçivəsində imzalanıb.

Xəbər xətti