Yeni Azərbaycan Partiyasının vəzifəli şəxs vəfat edib

20:01 - 28 Avqust 2024 - HADİSƏ

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı Rayon Təşkilatının sədr müavini Maqsud Şabiyev vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, M.Şabiyev ötən gün 54 yaşında xəstəlikdən dünyasını dəyişib. 

Qeyd edək ki, Maqsud Səxavət oğlu Şabiyev 1970-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub.

Xatırladaq ki, M.Şabiyev Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçki zamanı dairə seçki komissiyalarının iclaslarını müşahidə edəcək xüsusi icazəli şəxslərdən biri olub.

Xəbər xətti