İsrail ordusu girovlardan birinin xilas edildiyini təsdiqləyib

16:52 - 27 Avqust 2024 - DÜNYA

 İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet Qəzza zolağının cənubunda xilasetmə əməliyyatı zamanı Fələstinin radikal HƏMAS hərəkatının girovlarından birini xilas edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, həyata keçirilən əməliyyat zamanı oktyabrın 7-də Qəzza zolağında HƏMAS terror təşkilatı tərəfindən qaçırılan Rahat şəhərindən olan Fərhan Əl-Qadi bu gün xilas edilib.

Mətndə qeyd edildiyi kimi, xilas edilən şəxsin vəziyyəti normaldır, o, növbəti tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.

Xəbər xətti