Bakıya girişlərdən biri tam bağlanır

12:35 - 28 Avqust 2024 - AVTO

Sabah səhər saat 06:00-dan Bakının mərkəzinə Badamdar istiqamətindən daxil olan yol bağlı olacaq.

Bu barədə Bakı ŞBPİ-nin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən üzü Mikayıl Əliyev (Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Yeni Yasamal və Kənar Dairəvi yol) istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Belə ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər.

Qeyd edilib ki, Badamdar qəsəbəsinin daxilindən mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq.

Xəbər xətti