Naməlum şəxs sərnişinlərin olduğu avtobusa atəş açıb

00:27 - 28 Avqust 2024 - DÜNYA

Rusiyanın Yekaterinburq şəhərində Kvartsevaya dayanacağında atışma baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ura.ru yerli ictimai səhifələrə istinadən məlumat yayıb.

Məlumata görə, naməlum şəxs 47 saylı marşrut xətti ilə hərəkət edən avtobusa bir neçə dəfə atəş açıb. Nəticədə pəncərələrdən birinin şüşəsi sınsa da, xəsarət alan olmayıb.
Hadisə şahidlərindən birinin sözlərinə görə, insanlar nə baş verdiyini anlamayıblar. Yerli sakinlər sadəcə olaraq avtobusdan mümkün qədər uzaqlaşmağa çalışıblar.

Xəbər xətti