"Qarabağ"ın oyununa 28 min bilet satılıb

21:00 - 27 Avqust 2024 - İDMAN

UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo" (Zaqreb, Xorvatiya) oyununa bilet satışı davam edir.

Ucnoqta.az xəbər verir ki, avqustun 28-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça artıq 28 min bilet satılıb. Biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xəbər xətti