AFFA klubları cərimələdi

13:47 - 28 Avqust 2024 - İDMAN

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 4-cü turunun “Səbail” – “Kəpəz” oyunu bitdikdən sonra qonaq komandanın analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olduğuna, ona fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Kəpəz” 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Misli Premyer Liqasının 4-cü turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda meydan sahiblərinin  4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan”  700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Araz-Naxçıvan”  4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində meydan sahiblərinin inzibatçısı Hüseynxəlil Orucoğlu rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Araz-Naxçıvan” 4000 manat cərimə edilib.

 “Araz-Naxçıvan” – “Neftçi” oyununda qonaq komandanın 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi”  700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununda qonaq komabdanın azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilib.

Misli Premyer Liqasının 4-cü turunun “Sabah” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” 800 manat cərimə edilib

“Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov intizam qaydalarını pozduğuna görə ona xəbərdarlıq edilib.

“Sabah” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sumqayıt” klubuna xəbərdarlıq edilib.

Misli Premyer Liqasının IV turunun “Zirə” – “Şamaxı” oyunu bitdikdən sonra “Zirə” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə “Zirə” klubu 2000 manat cərimə edilib.sli Premyer Liqasının 4-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

Xəbər xətti