Ronaldo karyerasını bitirəcəyi klubun adını açıqlayıb

12:03 - 27 Avqust 2024 - İDMAN

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Ən-Nasr"ın karyerasında sonuncu klub olacağını bildirib.

Ucnoqta.az-ın məlumatına görə, 39 yaşlı portuqaliyalıya istinadən Daily Sports xəbər verir. 39 yaşlı forvardın sözlərinə görə, o, yaxın bir neçə ildə karyerasını bitirmək fikrində deyil.

“Tezliklə, iki və ya üç ildən sonra karyeramı bitirəcəyimi bilmirəm... Amma yəqin ki, bunu burada “Əl-Nasr”da edəcəm. Mən bu klubda çox xoşbəxtəm, bu ölkədə özümü yaxşı hiss edirəm. Səudiyyə Ərəbistanında oynamaqdan xoşbəxtəm və davam etmək istəyirəm" - Ronaldo deyib.

Ronaldo 2022-ci ilin sonunda "Əl-Nəsr"ə keçib.

Xəbər xətti