Smartfonlar ürəyə necə təsir edir? - Gizli təhlükə

05:23 - 29 Avqust 2024 - DİGƏR

Müasir dünyanı qadcetlərsiz təsəvvür etmək çətindir. Lakin onların insan orqanizminə təsiri tam öyrənilməmişdir. Alimlərin son məlumatlarına görə, smartfonlar ürəyin fəaliyyətinə təsir edir və ürəyin işemik xəstəliyinə səbəb olur.

Ucnoqta.az xəbər verir ki, kardioloq Yuri Konev San-Fransiskodakı Kaliforniya Universitetinin alimlərinin smartfon, televizor və planşetlərin ürəyin fəaliyyətinə təsiri ilə bağlı apardığı son araşdırmanı şərh edib.
Onların məlumatlarına görə, smartfona sərf olunan hər əlavə saat ürəyin işemik xəstəliyinə tutulma riskini 58%, ümumilikdə isə ürək xəstəliklərinin inkişaf riskini 32% artırır.

Konev qeyd edir ki, qadcetləri əlbəttə ki, zərərsiz adlandırmaq olmaz, lakin amerikalı alimlərin onların ürəyə təsiri barədə bəyanatı şişirdilmişdir.

 “Qismən doğrudur, lakin faizlər şişirdilmişdir. Təsir edən televizor və telefonun özü deyil, hərəkətsizlikdir”, - deyə həkim aydınlaşdırıb.

Konevin sözlərinə görə, oturaq həyat tərzi ürəyin fəaliyyətinə mənfi təsir göstərir. Qadcetlərdən çıxan elektrik dalğalarının və impulsların orqanizmə təsirinə gəlincə, onların təsiri hələ tam öyrənilməyib.

Buna görə də Konev təkid edir ki, fiziki fəaliyyət ilk növbədə ürəyin düzgün işləməsi üçün vacibdir.

Belə ki, 10 min addım smartfonun təsirini neytrallaşdırır.

Xəbər xətti