"Toyota" Yaponiyadakı bütün fabriklərinin işini dayandıracaq

10:02 - 28 Avqust 2024 - DÜNYA

Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” güclü “Şanşan” qasırğasının yaxınlaşması ilə əlaqədar avqustun 28-i axşamdan etibarən Yaponiyadakı bütün zavodlarının işini dayandıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Yaponiyada ümumilikdə 14 montaj zavodu var. Qərar işçilərin təhlükəsizliyinin təmin edilməsi zərurəti, eləcə də yolların bağlanması zamanı komponentlərin çatdırılmasında gecikmələr səbəbindən qəbul edilib.

Xəbər xətti