41
Nepalın şərqində, Soluxumbu bölgəsində iki helikopterin toqquşması nəticəsində bir xarici ölkə vətəndaşı ölüb, daha bir sərnişin xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.
Qəza “Air Dynasty” və “Fishtail Air” şirkətlərinə məxsus helikopterlərin enişi zamanı baş verib.
Yerli polis müfəttişi Mausam Tamang bildirib ki, ölən şəxsin kimliyi hələ müəyyənləşdirilməyib. Xəsarət alan sərnişin hava yolu ilə xəstəxanaya çatdırılıb.
Hadisə zamanı helikopterlərdə olan digər sərnişinlərin və ekipaj üzvlərinin vəziyyəti barədə hələlik məlumat yoxdur.
