Hindistanın Kerala ştatında din xadimi ərindən cin çıxarmaq adı ilə qadını zorladığına görə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.
Məlumata görə, Nedumangad şəhərindəki ixtisaslaşmış məhkəmə 50 yaşlı Racşeşi 50 min rupi (təxminən 45 min rubl) məbləğində cərimələyib.
İstintaqın müəyyən etdiyinə görə, o, qadını həyat yoldaşına guya daxil olmuş şər ruhdan xilas etmək bəhanəsi ilə xüsusi ayinə dəvət edib. Lakin mərasim əvəzinə məbədin yardımçı otağında qadına qarşı cinsi zorakılıq törədib.
Prokurorluğun məlumatına əsasən, zorakılıq bir neçə gün davam edib. Bundan sonra qadın polisə şikayət edib və şübhəli şəxs saxlanılıb.
Məhkəmə Racşeşi Hindistan Cinayət Məcəlləsinin 376-cı maddəsi ilə təqsirli bilib. O, cəriməni ödəməyəcəyi təqdirdə əlavə bir il həbs cəzası alacaq.
