38
Qətərli vasitəçilər ABŞ-la mümkün razılaşmanı müzakirə etmək məqsədilə Tehrana gediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, vasitəçilər İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparacaqlar. Tərəflər Vaşinqton və Tehran arasında razılaşma layihəsini müzakirə edirlər. Danışıqların son səkkiz gündür davam etdiyi bildirilir.
