38
“Brent” markalı neftin qiyməti oktyabrın 15-dən bəri ilk dəfə bir barel üçün 104 dollardan aşağı enib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən hərracların məlumatında bildirilir.
Məlumata görə, Bakı vaxtı ilə saat 23:49-da 2027-ci ilin yanvar ayı üçün “Brent” neftinin fyuçerslərinin qiyməti 8,55% ucuzlaşaraq 103,73 dollara düşüb.
Eyni zamanda, dekabr ayı üçün “WTI” markalı neftin fyuçerslərinin qiyməti 7,62% azalaraq 96,19 dollar təşkil edib.
