2026-cı ilin oktyabr ayının yekunlarına görə, qızılın qiyməti 7,3 faiz azalıb. Bu, 2008-ci ildən bəri oktyabr ayı üçün qeydə alınan ən zəif göstəricidir.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərracların məlumatlarında bildirilir.
Oktyabrın 30-da dekabr 2026-cı ildə çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti minimum həddə 3,6 faiz azalaraq bir troya unsiyası üçün 3 876,39 dollara düşüb. Bu, 2025-ci ilin oktyabr ayının əvvəlindən bəri ən aşağı göstərici olub.
Noyabrın 2-də isə qızıl fyuçersləri itkilərinin bir hissəsini bərpa edib. Məlumata görə, qızıl fyuçersləri 0,28 faiz bahalaşaraq bir troya unsiyası üçün 3 909,7 dollara çatıb.
Eyni vaxtda 2026-cı ilin dekabrında çatdırılma üzrə gümüş fyuçersləri də 2,13 faiz artaraq bir troya unsiyası üçün 50,325 dollar olub.
