26
İşğaldan azad edilmiş ərazilərdə oktyabr ayı ərzində 1 000-ə yaxın piyada və tank əleyhinə mina, eləcə də 3 mindən çox partlamamış hərbi sursat aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya məlumat verilib.
Bildirilib ki, ötən ay ərzində aparılan minatəmizləmə əməliyyatları zamanı 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina və 3 070 partlamamış hərbi sursat (PHS) aşkar edilib.
Hesabat dövründə ümumilikdə 4 898,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
